Həcc qaydalarını və müvafiq təlimatları pozanlara qarşı iyunun 2-dən etibarən cəza tədbirləri həyata keçiriləcək.
Bizim.Media xəbər verir ki, Səudiyyə Ərəbistanı Krallığının Daxili İşlər Nazirliyinin müvafiq qərarı Həcc və Ümrə Nazirliyinin rəsmi “X” hesabında paylaşılıb.
Məlumaa görə, qaydaları pozan şəxslər 10 min riyal (təxminən 2 675 ABŞ dolları) məbləğində cərimə ediləcək. Eyni zamanda həmin şəxslər deportasiya olunacaq. Həmçinin bildirilib ki, qaydalar təkrar pozularsa, nəzərdə tutulan məbləğ ikiqat artırılacaq.
Qərara əsasən, Həcc ziyarətinə icazəsi olmayan şəxslər deportasiya ediləcək.
Bizim.Media