Avropa Parlamentinin üzvləri Gürcüstanı Avropa İttifaqına (Aİ) namizəd statusundan məhrum etmək istəyirlər.
Bizim.Media xəbər verir ki, bu barədə xarici mətbuatda məlumatlar yayılıb.
Qeyd edilib ki, 30-dan çox deputat Aİ-nin baş diplomatı Avropa Birliyi diplomatiyasının rəhbəri Jozep Borrellə məktub ünvanlayıb.
Məktuba əsasən, deputatlar hesab edir ki, Gürcüstanda dinc nümayişçiləri susdurmaq və “xarici agentlər haqqında qanun”un qəbulu prosesində güc tətbiq etmək cəhdləri Aİ-nin sərhədlərindən kənara çıxıb.
Bizim.Media