İranda son sutka ərzində koronavirusa 18 230 yoluxma faktı qeydə alınıb, 374 nəfər vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari məlumat verib.
O bildirib ki, İranda bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 69 120 nəfərə, virusa yoluxanların sayı isə 2 milyon 377 039 nəfərə çatıb.
İranda bu günə kimi 1 milyon 863 min 405 nəfər xəstəlikdən tam sağalaraq evə buraxılıb.
İnfeksiyaya yoluxan və hazırda xüsusi rejimli xəstəxanaların intensiv terapiya şöbələrində müalicəsini davam etdirən 5156 nəfərin vəziyyəti ağırdır.
Bizim.Media