Türkiyənin İraqın şimalında keçirdiyi antiterror əməliyyatı nəticəsində qırmızı bülletenlə İnterpol tərəfindən axtarılan PKK terrorçusu, kod adı Dalokay Şanlı olan Sinan Mirhan zərərsizləşdirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Kürd İcmalar Birliyinin (KCK) "məclisi üzvü" seçilən Dalokay Şanlının fəaliyyəti uzun müddət milli kəşfiyyat tərəfindən izlənilib.
Onun silahlı qruplara rəhbərlik etmək üçün İraqın şimalındakı Qara bölgəsinə gəldiyi müəyyən edilib. Terrorçu mülki şəxslərdən uzaqlaşdıqdan sonra xüsusi əməliyyat keçirilərək zərərsizləşdirilib.
Bizim.Media