Bu ilin yanvarında 78 yaşında ABŞ-ın 46-cı prezidenti vəzifəsinə başlayan Co Bayden 3 ay sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bayden ilk görüşdə məkirli niyyətini gizlətməyib.
Xarici medianın anonim mənbələrinə görə prezidentlər arasında telefon danışığı gərgin keçib və Bayden Ərdoğana 1915-ci ildə baş verən qondarma erməni soyqırımını tanıyacağını bildirib.
ABŞ-ın gizli informasiya mənbələrinin yazdığına görə Bayden aprelin 24-də guya bir əsrdən çox, Osmanlı dövründə olan “erməni soyqırımı”nı rəsmi olaraq tanıyacağını bildirib.
Ankara tərəfindən edilən açıqlamada isə NATO sammiti ərəfəsində liderlərin ilk ikitərəfli görüşləri daha çox sahədə əməkdaşlıq və mövcud konstruktiv münasibətlərə həsr olunub.
Alçina Amilqızı, Bizim.Media