Almaniya və Fransa GƏRGİNLİYİ ARTIR – ABŞ Avropanın iki böyük gücünü ÜZ-ÜZƏ QOYDU  

“DW” nəşrinin məlumatına görə, Almaniya hökuməti Moskvaya qarşı Avropa sanksiyalarının 14-cü paketinə Rusiyanın mayeləşdirilmiş təbii qazının (LNG) Avropa İttifaqına idxalına embarqo qoyulması təklifini dəstəkləyib.

Almaniyanın İqtisadiyyat naziri Robert Habek Berlinin mövqeyini təsdiqləyib:

“Bəli, mən bunu dəstəkləyirəm, Almaniyanın Rusiyadan mayeləşdirilmiş təbii qazına artıq ehtiyacı yoxdur, bizim Rusiya ilə onun tədarükü üçün hər müqaviləmiz də yoxdur”.

Ekspertlərin fikrincə, Rusiya hazırda Aİ ölkələrinə LNG tədarükünə görə ABŞ-dan sonra ikinci yerdədir. Onun ümumi idxalda payı 16 faiz təşkil edir.

Özü də cari ilin iki ayının göstəricilərinə görə, Aİ ölkələri arasında Rusiyadan ən çox qaz tədarük edən ölkə Makron Fransasıdır. Bu vəziyyət isə Aİ-nin iki aparıcı ölkəsi arasında rus qazına münasibətdə ciddi fikir ayrılıqlarının meydana çıxdığına işarədir. Deməli, Avropada Rusiya ilə əlaqələr məsələsində parçalanma genişlənir. Berlin artıq rus qazına da embarqo qoyulmasını istəsə də, Paris həmin istiqamətdə alışını artırıb.

Almaniya ilə Fransa arasında bu müstəvidə olan gərginlik nə ilə yekunlaşacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bildirir ki, Parislə Berlin arasında sözügedən istiqamətdə yaşanan gərginlik əslində ABŞ-ın maraqlarına xidmət edən gərginlikdir:

“Rusiyaya qarşı tətbiq olunan sanksiyalar Avropanın öz iqtisadiyyatına da ciddi zərbə vurur. Müxtəlif Avropa ölkələrində bu müstəvidə fermerlərin davamlı etiraz aksiyalarının şahidi oluruq. Onlar Rusiyanın timsalında ixrac bazarını itirib ki, bu da onların müflisləşməsinə gətirib çıxarır. Enerji sahəsində Rusiyadan asılılığın aradan qaldırılmasında isə Avropadan daha çox ABŞ-ın qayğılandığını müşahidə edirik.

ABŞ əvvəllər də çalışıb ki, Avropanın Rusiyadan qaz asılılığını azaldıb, boşalmış mövqeyi özü tutsun. Bu yolla da ABŞ Avropa üzərində siyasi nəzarətini daha da gücləndirməyi hədəfləyib. Vaşinqton təsiri altında olan ölkələr vasitəsilə indi də ənənəvi siyasətini davam etdirərək, Avropa ölkələrini maksimum dərəcədə Rusiyadan uzaqlaşdırmağa çalışır.

ABŞ hər zaman belə bir siyasət yürüdüb. Belədə, Rusiya ilə əlaqələrin bütöv olaraq qırılması ilə Avropa tam olaraq ABŞ-ın asılılığı altına düşəcək. Nəticədə Avropa Vaşinqtonun bölgə üzrə geosiyasətinin həyata keçməsində daha yaxından iştirak edəcək. ABŞ hər hansı bir qlobal geosiyasi qərar verirsə, Avropa ölkələrinin əksəriyyəti sorğu-sualsız onu dəstəkləyir və yanında qərarlaşırlar”.

Həmsöhbətimiz hesab edir ki, Avropa ölkələri arasında Rusiya qazına münasibətdə belə fikir ayrılıqlarının olması təbiidir:

“Avropada heç də bütün rejimlər mütləq olaraq ABŞ-ın nəzarəti altında deyil. Elə ölkələr var ki, onlar tarixən iqtisadi və siyasi cəhətdən Rusiyaya sıx bağlı olub. Bu mənada Fransa Rusiya əlaqələri özünün səciyyəvi tərəfilə seçilib. Parislə Moskvanın hər zaman birgə iqtisadi layihələri də olub. Fransanın bu layihələrdən tam imtina etməsi onun öz iqtisadiyyatına da ciddi zərbələr vura bilər. Bu baxımdan Parislə Berlin arasında fikir ayrılığının olması təbii və gözləniləndir.

Amma yenə də Avropanın enerji bazarı uğrunda ABŞ daha ciddi mübarizə aparmaqdadır. Kollektiv Qərblə Rusiya arasında münasibətlərdə gərginliyin əsas səbəbi də məhz ABŞ-ın bu bazardan Rusiyanı tamamilə sıxışrıdırıb çıxarması ilə bağlıdır. “Şimal axını” boru xəttinin partladılması da bu mübarizənin istiqamətlərindən biri olub”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zaqatalada maşın piyadanı vurub öldürdü

Zaqatalada maşın piyadanı vurub öldürdü

Əməkdar artistin səhhətində ciddi problemlər YARANDI - VİDEO

Əməkdar artistin səhhətində ciddi problemlər YARANDI - VİDEO

Bakının mərkəzində restoran yandı: "Dəfələrlə dedik, bağlayın buranı" - VİDEO

Bakının mərkəzində restoran yandı: "Dəfələrlə dedik, bağlayın buranı" - VİDEO

"Hizbullah" İsraillə danışıqlardan imtina etdi

"Hizbullah" İsraillə danışıqlardan imtina etdi

Hamiləlik zamanı necə bilək ki, uşaq oğlan olacaq?

Hamiləlik zamanı necə bilək ki, uşaq oğlan olacaq?

Millimiz Qazaxıstana məğlub oldu

Millimiz Qazaxıstana məğlub oldu

Tramp İranla razılaşma üçün ŞƏRT irəli sürdü

Tramp İranla razılaşma üçün ŞƏRT irəli sürdü

Aytacı canlı efirdə Flora Kərimovanın bu sözləri AĞLATDI - VİDEO

Aytacı canlı efirdə Flora Kərimovanın bu sözləri AĞLATDI - VİDEO

Mirzoyan Brüsselə gedəcək

Mirzoyan Brüsselə gedəcək

Papadan üzr istəyən DEYİLƏM!

Papadan üzr istəyən DEYİLƏM!

Xalq artistinin harada dəfn olunacağı AÇIQLANDI

Xalq artistinin harada dəfn olunacağı AÇIQLANDI

İsrail "Hizbullah"ı vurur: 24 saatda 150 HƏDƏF

İsrail "Hizbullah"ı vurur: 24 saatda 150 HƏDƏF

Bu rayona yağan qar təsərrüfatlara ziyan vurdu - VİDEO

Bu rayona yağan qar təsərrüfatlara ziyan vurdu - VİDEO

Onların narkoanalizləri MÜSBƏT ÇIXDI

Onların narkoanalizləri MÜSBƏT ÇIXDI

Ara məsafəsini normadan artıq saxlayın – MÜRACİƏT

Ara məsafəsini normadan artıq saxlayın – MÜRACİƏT

Avtomobildə sıxılı vəziyyətdə qalmış qadının xilas anı - VİDEO

Avtomobildə sıxılı vəziyyətdə qalmış qadının xilas anı - VİDEO

Tramp: Tehran özü razılaşma əldə etmək istəyir

Tramp: Tehran özü razılaşma əldə etmək istəyir

“Vaxtilə Coşqunun “vid”indəki adamlarla məzələnirdilər” - FOTOLAR

“Vaxtilə Coşqunun “vid”indəki adamlarla məzələnirdilər” - FOTOLAR

Qərar verildi - Bu binalar söküləcək

Qərar verildi - Bu binalar söküləcək

Tramp: İrandan sonra bu ölkəyə “baş çəkəcəyik” - VİDEO

Tramp: İrandan sonra bu ölkəyə “baş çəkəcəyik” - VİDEO

İkinci Liqa: “Göygöl”, “Araz Saatlı” və “Şirvan” qalib gəldi

İkinci Liqa: “Göygöl”, “Araz Saatlı” və “Şirvan” qalib gəldi

Livanda ölənlərin sayı ARTDI

Livanda ölənlərin sayı ARTDI

Alleqri “Milan”da qalacaq

Alleqri “Milan”da qalacaq

Bu yolda sürət həddi ENDİRİLDİ

Bu yolda sürət həddi ENDİRİLDİ

End of content

No more pages to load

RADİO