ABŞ Nümayəndələr Palatası ölkənin paytaxtı – Vaşinqtonun (Kolumbiyanın dairəsi) – 51-ci ştat kimi tanınması qanun layihəsinə səs verib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı “CBS News” telekanalı yayıb.
ABŞ-ın Nümayəndələr Palatasının Vaşinqtondan olan üzvü Eleonora Norton səsvermədən sonra deyib ki, bugünkü zəfər Kolumbiya dairəsi sakinləri üçün bir tarixdir.
Xatırladaq ki, ötən il ildə Nümayəndələr Palatası belə sənədə səs versə də respublikaçıların əksəriyyət təşkil etdiyi Senat onu qəbul etməyib.
Bu dəfə Senatda demokratlar üstün olsalar da yenə də səslərin kifayət qədər olmayacağı deyilir.
Əgər Kolumbiya dairəsi ştat statusu alsa, Konqresin aşağı palatasında səs hüququ ilə iki senatoru və bir nümayəndəsi olacaq.
Bizim.Media