Türkiyənin “Baykar” şirkəti tərəfindən hazırlanan “Bayraktar Akıncı” PUA-larının ilk atış sınağı keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə şirkətin rəhbəri Səlcuk Bayraktar “Twitter” səhifəsində məlumat paylaşıb.
O bildirib ki, sınaqlar uğurla başa çatıb. Taktiki hədəf dəqiqliklə məhv edilib.
Bildirək ki, "AKINCI" "Roketsan" şirkətinin istehsalı olan MAM-T, MAM-L, MAM-C raketləri ilə silahlanıb.
Bizim.Media
