Oleq Kuznetsovun 50 yaşı tamam olur.
Bizim.Media xəbər verir ki, Rusiyanın görkəmli tarixçisi, Qafqazşünas və politoloq Oleq Kuznetsov 1971-ci il aprelin 22-də Tula şəhərində doğulub.
Oleq Kuznetsov 1992-ci ildə Orlov Universitetinin tarix, 2004-cü ildə isə Moskva Dövlət Hüquq Akademiyasının hüquqşünaslıq fakültələrini fərqlənmə ilə bitirib.
O, 160-dan çox elmi işin müəllifidir.
Xatırladaq ki, Rusiyada ermənipərəst jurnalist və ekspertlərin fəallığına baxmayaraq Oleq Kuznetsov hər zaman Azərbaycanın haqlı mövqeyini qabardıb, bir çox daşnak uydurmalarını tarixi faktlarla ifşa edib.
Saytımızın kollektivi adından Oleq Kuznetsovun doğum gününü təbrik edirik.
Bizim.Media