Moderator.az gələcəkdə (elə indi də) bəşəriyyətin ən böyük düşmənlərindən biri hesab edilən radiasiya, şüalanma ilə bağlı yazını təqdim edir. Rusiyanın tanınmış ekoloqu İ.Suraveginanın hazırladığı vəsaitə istinadən təqdim edəcəyimiz material bəşəriyyətin gələcəyi barəsindədir:
Şüa növləri- Bizi bunlar zəhərləyə bilər
İonlaşdırıcı şüaların müxtəlif növləri var ki, onlar insan orqanizminə keçmə xassəsinə malikdirlər.xa0
Alfa hissəciklər nisbətən ağır olub zədələnməmiş dəridən keçə bilmir. Əgər su, hava və qida vasitəsilə həmin şüalar orqanizmə keçərsə, bu artıq ciddi təhlükədən xəbər verir.xa0
Beta-şüaların orqanizmə keçmə qabiliyyəti daha yüksəkdir. Onlar toxumalardan keçərək insan orqanizminə 1-2 sm dərinlikdə daxil ola bilərlər.xa0
Rentgen və qamma şüalarının keçmə qabiliyyəti isə xa0həddən artıq yüksəkdir. Onların qarşısını yalnız qalın qurğuşun və beton qatı ilə almaq mümkündür. Rentgen və qamma şüalarının təsiri altında şüalanmaya məruz qalan mühitdə yüksək enerjili elektronlar azad olur. Nəticədə müxtəlif dozalı şüalar və bioloji effektlər yaranır.
Şüa necə yayılır?
Nüvə partlayışı zamanı radiasiya partlayış mərkəzindən 10-25 sm ərazidə ətrafa yayılan qamma şüaların və neytronların axınından ibarət olur. Bu zaman partlayış zonasındakı maddələrin özləri sərbəst radioaktiv maddələrə çevrilirlər. Bundan sonra da onların vasitəsilə qamma şüaları və neytronlar insanda şüa xəstəliyi yaradır.xa0
100 q və daha artıq dozalar ilk 24-48 saat ərzində ölümə səbəb olur. 5-10 q doza isə şüa xəstəliyi törədir. Bədənin ümumi şüalanması xa0tənəffüs yolları vasitəsilə baş verir.
Şüalanma nəticəsində ümumi zəiflik, ürəkbulanması, başgicəllənməsi və qusma halları müşahidə edilir. xa0
İnsan orqanizmində şüalanmaya ən həssas olan nöqtələr cinsiyyət, qantörədici və nazik bağırsaq hüceyrələridir. Embrion və cavan toxumalar da şüalanmaya qarşı həssasdırlar.xa0
Şüanın orqnizm üçün dəhşətli zərərləri
1-Şüalanmaya məruz qalan adamların nəsilvermə imkanları sıradan çıxır;
2- Qanın onkoloji xəstəliyi-leykamiya təhlükəsi artır. Buna səbəb qantörədici orqanın-sümük iliyinin zədələnməsidir. Uşaqlarda sümük iliyi daha həssasdır. İonlaşdırıcı radiasiyanın sonrakı mənfi təsiri isə qalxanvari vəzinin, hipofiz və cinsiyyət vəzilərinin fəaliyyətindəki dəyişiklikləri göstərə bilərik.xa0
3-Radiasiyalı ərazidə radiofobiya xəstəliyi əmələ gəlir. Artıq insan şüa faktorundan psixi olaraq da xəstəliyə düşür. Belə hal nevroz vəziyyəti hesab olunur. Bu psixi xəstəlik ilkin məqamda aradan qaldırılmasa, sonradan daha ağır fəsadlara yol aça bilər;xa0
4-Radiasiya fonunun yüksək olduğu ərazilərdə canlılar tərəfindən udulmuş şüalar onların cinsiyyət və somatik hücüyrələrində mənfi istiqamətdə dəyişikliklər yaradır.xa0
Elmin Nuri