Bədii gimnastika üzrə olimpiya çempionu Karolina Sevastyanova yeni paylaşımı ilə pərəstişkarlarının zövqünü oxşayıb.
Bizim.Media "Sportinfo"ya istinadla xəbər verir ki, rusiyalı gözəlçə açıq-saçıq çimərlik geyimində şəklini paylaşıb.
“Sevgi” sözünü qeyd edən Karolina fanatlarının yüzlərlə rəyinə tuş gəlib. Onlar arasında “möhtəşəm”, “super”, “su pərisi” kimi ifadələr də var.
Karolina 2012-ci ildə qrup çoxnövçülüyündə çempion tituluna yiyələnib.
Bizim.Media
