"Şaban" kimi tanıdığımız məşhur aktyor Kamal Sunalın xatirəsinə muzey açılacaq.
Bizim.Media xəbər verir ki, Malatya Doğanyol meri Hakan Bayın verdiyi məlumata görə, muzey aktyorun doğulduğu Malatya şəhərinin Gökçə məhəlləsində yaradılacaq.
O bildirib ki, min kvadrat metrlik sahədə aktyorun xatirələrinin saxlanacağı muzey və kitabxana hazırlanacaq.
Bizim.Media
