““Erməni soyqırımı”nın tarixi həqiqətlərlə heç bir əlaqəsi yoxdur. “Erməni soyqırımı” iddiası 1960–cı illərin əvvəllərində SSRİ və NATO arasında Türkiyə ilə mübarizə mövzusunda ortaya atılıb”.
Bizim.Media xəbər verir ki, bunu rusiyalı politoloq Oleq Kuznetsov “1915-ci il hadisələri və erməni məsələsi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
O. Kuznetsov deyib ki, Çar Rusiyasında yaşayan ermənilərdən Osmanlı imperiyasına qarşı istifadə edilib.
“O dövrdə Cənubi Afrikada ingilislərin törətdiyi qırğınlardan bəhs edilmir. Belə tarixi faktlar olduğu halda, Osmanlı imperiyasının süqutu dövründə baş verən hadisələr nədənsə daha çox qabardılır”, - deyə o vurğulayıb.
Bizim.Medai