Moskva mövcud anlaşılmazlıqları aradan qaldırmaq üçün bir sıra paytaxtları sakitləşməyə və kütləvi anti-Rusiya psixozundan imtina etməyə çağırır.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu çərşənbə axşamı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O, qeyd edib ki, Rusiya xarici tərəfdaşların qeyri-dost hücumlarına cavab verəcək:
“Biz artıq buna dözə bilmərik, lakin dialoqa da açığıq”.
Peskovun sözlərinə görə, bu gün bir çox ölkə Moskvanı əsassız olaraq haker hücumunda ittiham edir.
Bizim.Media