İDDİA: Rusiya “Crocus”a hücumun hazırlandığını fevral ayından bilirmiş

Rusiya fevralın 15-dən “Crocus City Hall”da terror aktı hazırlandığını bilirdi.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, bu iddianı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi, general-leytenant Kirilo Budanov Üçüncü Beynəlxalq Strateji Kommunikasiyalar Forumunda çıxış edərkən səsləndirib..

“Azı 15 fevral 2024-cü il tarixindən bəri Rusiya Federasiyası hazırlıq barədə məlumatlı idi”, – Ukraynanın hərbi kəşfiyyat rəisi vurğulayıb.

Kirilo Budanovun sözlərinə görə, gözlənilən terror aktı ilə bağlı məlumat “qrupun Suriyadakı kəşfiyyat şöbəsindən keçib” və oradan “Moskvaya gedib”: “Qoy onlar bütün bunların heç nədən peyda olduğu haqqında nağıl danışmasınlar”.



Budanov qeyd edib ki, Kreml yaraqlıların Rusiyaya hara və hansı iki ölkə vasitəsilə gələcəyini də bilirdi. Kremlin terror aktında axtardığı “Ukrayna izi”ndən danışan hərbi kəşfiyyat rəisi qeyd edib ki, Moskva “Crocus”da baş verənlərlə bağlı versiyaları artıq üç dəfə dəyişib.

“Məni şəxsən ittiham edən və bütün bunlarda Ukraynanı suçlayan Patruşev və Bortnikovun açıqlamaları ortaya çıxıb. Bu, cəfəngiyyatdır. Yeri gəlmişkən, bu ağrılı məsələyə toxunsaq, düşmən olsa da, mən prinsipcə dinc əhaliyə qarşı terror aktlarını dəstəkləmirəm”, – Budanov bildirib.

Xatırladaq ki, martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərində “Crocus City Hall” konsert zalında yerli “Piknik” rok qrupunun səhnəyə çıxışı ərəfəsində terror aktı baş verib. Silahlı şəxslər konsert zalının binasına soxulub, atəş açıb və məkanı yandırıblar, sonra isə hadisə yerindən qaçıblar. Son məlumata görə, ölənlərin sayı azı 140 nəfərdir, 11-i uşaq olmaqla 360 nəfər yaralanıb.

Federal Təhlükəsizlik Xidmətinin (FTX) açıqlamasına görə, “Crocus” terroru” işi çərçivəsində ümumilikdə 11 nəfər saxlanılıb. Bu günə qədər səkkiz təqsirləndirilən şəxs, o cümlədən icraçı olduğu güman edilən dörd nəfər həbs edilib.

Hadisədən yalnız 19 saat sonra sükutu pozmuş Rusiya Prezidenti Vladimir Putin çıxışında FTX-nin məlumatlarına istinadən bildirib ki, terrorçular Ukrayna yönünüdə hərəkət edirdilər və onlar üçün“Ukrayna tərəfindən dövlət sərhədini keçmələri üçün pəncərə hazır idi”.



Daha sonra kəşfiyyat rəsmiləri ilə görüşdə Rusiya lideri hücumun “radikal islamçıların əli ilə” həyata keçirildiyini açıqlayıb. Eyni zamanda, Putin bu cinayətin “neonasist Kiyev rejiminin əli ilə 2014-cü ildən bəri ölkəmizə qarşı vuruşanların bir sıra cəhdlərinin halqası” ola biləcəyini istisna etməyib. FTX-nin direktoru Aleksandr Bortnikov faktiki olaraq dövlət başçısının narrativinə sadiq qalaraq deyib ki, Ukrayna ərazisində terrorçular üçün “pəncərə hazırlanmışdı” və onlar “qəhrəman kimi qarşılanacaqdılar”.

Bundan başqa, “Meduza”nın məlumatına görə, dövlət və hökumətə yaxın Rusiya mediası Rusiya Prezident Administrasiyasından “Crocus City Hall”da terror aktı ilə bağlı məqalələrdə mümkün “Ukrayna izini” vurğulamaq üçün göstərişlər alıblar.

Martın 26-da Belarus Prezidenti Aleksandr Lukaşenko söyləyib ki, “Crocus City Hall”da terror aktını törətdikləri iddia edilən şəxslər respublikaya “daxil ola bilməyəcəklərini” görüblər deyə “üzlərini çevirib Ukrayna-Rusiya sərhədi hissəsinə gediblər”.

Lukaşenkonun sözlərinə görə, terror aktından sonra həm Rusiya, həm də Belarusun sərhədyanı bölgələri gücləndirilmiş təhlükəsizlik rejiminə keçib. Yollarda postlar qurulub, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizlik Komitəsinin (DTK), Dövlət Sərhəd Komitəsinin qüvvələri və hərbçilər cəlb olunub.

Belarus lideri əlavə edib ki, şübhəlilərin Bryansk istiqamətində hərəkət etdiyi barədə məlumat alan Belarus və Rusiya rəsmiləri cinayətkarların ehtimal olunan hərəkəti istiqamətində öz ərazilərinə məhdudiyyət qoymaq barədə razılığa gəliblər.

Rusiyanın rəsmi çevrələri və mediası tərəfindən gündəmdə saxlanılan “Ukrayna izi”nə baxmayaraq, Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov martın 27-də “İzvestiya”ya verdiyi açıqlamasında bu versiyanı təsdiqləməyib, lakin mümkünlüyünü də istisna etməyib.


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Avropa NATO-nun əvəzinə yeni alyans yaradır? – ABŞ olmayacaq

Avropa NATO-nun əvəzinə yeni alyans yaradır? – ABŞ olmayacaq

DİQQƏT! Şiddətli geomaqnit qasırğası olacaq

DİQQƏT! Şiddətli geomaqnit qasırğası olacaq

Onlar da icra məmurunun fəaliyyətini yoxlaya bilər - Qaydalar TƏSDİQLƏNDİ

Onlar da icra məmurunun fəaliyyətini yoxlaya bilər - Qaydalar TƏSDİQLƏNDİ

Suriyada atəşkəsdən sonra kürd terrorçuları yerli əhalini qətlə yetirib? – FOTO/VİDEO

Suriyada atəşkəsdən sonra kürd terrorçuları yerli əhalini qətlə yetirib? – FOTO/VİDEO

PROSES BAŞLADI: 7 azərbaycanlı RUSİYADAN deportasiya edildi

PROSES BAŞLADI: 7 azərbaycanlı RUSİYADAN deportasiya edildi

Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir – FOTO

Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir – FOTO

Qızılın qiyməti 4 675 dolları ötdü

Qızılın qiyməti 4 675 dolları ötdü

Naxçıvanda ƏMƏLİYYAT: İrandan Polşaya gedən yük maşınında yoxlama aparıldı - FOTO

Naxçıvanda ƏMƏLİYYAT: İrandan Polşaya gedən yük maşınında yoxlama aparıldı - FOTO

"Bitcoin"in SON qiyməti

"Bitcoin"in SON qiyməti

Lənkəran–Lerik yolu qardan belə təmizlənir - VİDEO

Lənkəran–Lerik yolu qardan belə təmizlənir - VİDEO

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Bakıda motosikletlə avtomobil toqquşdu: Xəsarət alan var - VİDEO

Bakıda motosikletlə avtomobil toqquşdu: Xəsarət alan var - VİDEO

Qatar relsdən çıxdı - 21 ölü, 100 yaralı var – VİDEO

Qatar relsdən çıxdı - 21 ölü, 100 yaralı var – VİDEO

Həm yeyən, həm də əkən qazanır: Bu meyvə yeni gəlir mənbəyidir

Həm yeyən, həm də əkən qazanır: Bu meyvə yeni gəlir mənbəyidir

Muxax kəndində içməli su PROBLEMİ - 40 illik xətlər niyə YENİLƏNMİR? - FOTO

Muxax kəndində içməli su PROBLEMİ - 40 illik xətlər niyə YENİLƏNMİR? - FOTO

Səfərbərlik Xidmətinin rüşvət alan eks-zabitindən XƏBƏR VAR

Səfərbərlik Xidmətinin rüşvət alan eks-zabitindən XƏBƏR VAR

Nəcməddin Sadıkovun oğlunun biznes ortağı yenidən MƏHKƏMƏ QARŞISINDA

Nəcməddin Sadıkovun oğlunun biznes ortağı yenidən MƏHKƏMƏ QARŞISINDA

“Turan Balabilgə Akademiyası” fəaliyyətə başlayıb – FOTO

“Turan Balabilgə Akademiyası” fəaliyyətə başlayıb – FOTO

"Mayıl Naxçıvanski"ni öldürənlə bağlı qərar çıxarıldı

"Mayıl Naxçıvanski"ni öldürənlə bağlı qərar çıxarıldı

Kiçik dükanı fabrikə çevirdi: İldə 129 milyon qazanan gənc nəhəng şirkətlərə meydan oxuyur

Kiçik dükanı fabrikə çevirdi: İldə 129 milyon qazanan gənc nəhəng şirkətlərə meydan oxuyur

Bakının bu ərazisində su kəsiləcək

Bakının bu ərazisində su kəsiləcək

Bütün ölkələr yox olacaq! - Maskdan xəbərdarlıq

Bütün ölkələr yox olacaq! - Maskdan xəbərdarlıq

Çin əhalisinin sayı AZALDI

Çin əhalisinin sayı AZALDI

İnsanlar buna görə kökəlir - Səbəblər açıqlandı

İnsanlar buna görə kökəlir - Səbəblər açıqlandı

End of content

No more pages to load

RADİO