“Rusiyanın xüsusi xidmət orqanları tərəfindən “Crocus City Hall”dakı terror aktı ilə bağlı təhqiqat davam etdirilir”.
Bizim.Media xəbər verir ki, bunu “İzvestiya” nəşrinə müsahibəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Fikir vermisinizsə, hələlik heç bir rəsmi versiya irəli sürülməyib. Təhqiqatın nəticəsini gözləmək lazımdır. Xüsusi xidmət orqanları əsaslandırılmış versiya irəli sürmək üçün işləyir”, – deyə Peskov qeyd edib.
Bizim.Media