“Crocus”da onlarla insanı xilas edən azərbaycanlı: “Haqqımda çoxlu ksenofobik təhqirlər yazıblar”

Moskva vilayətində “Crocus City Hall” kompleksində terror zamanı qəhrəmanlıq göstərənlərdən biri də azərbaycanlı Kamil Nəsibov olub. 30 yaşlı Kamil binadakı “Şokoladnitsa” kafesində işləyib.

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, onun sözlərinə görə, iş gününün bitməsinə on dəqiqə qalmış Kamil həmkarını siqaret çəkməyə dəvət edib. 

Çölə çıxdıqdan bir neçə dəqiqə sonra isə atəş səsləri eşidiblər. Əvvəlcə nə baş verdiyini anlamayıblar, ancaq insanların yerə yıxıldığını görəndə, üzbəüz restorana qaçıb kömək istəyiblər.
Kamil bundan sonra yenidən hadisə yerinə qayıdaraq yaralılara hadisə yerindən uzaqlaşdırmağa başlayıb, bəzilərini isə taksi ilə yola salıb.

Kamil o zaman nə qədər insana yardım edildiyini dəqiq bilmir: onun sözlərinə görə, çoxlu yaralı olub.

Azərbaycanlı gənc vurğulayıb ki, girişdə yaralılara kömək edən daha bir neçə nəfər olub. Amma binanın içərisinə girməyə cəsarət edənlər az idi. Kamillə birlikdə kostyumlu orta yaşlı kişi qaçaraq binaya girib. Sonradan Nəsibov onu gözdən itirib.

Bundan sonra o, mərtəbələri gəzərək bağlı qapı arxasında qalan, yolunu itirən insanlara kömək edib, onları xilasedicilərin olduğu istiqamətə yönəldib.

Həmin gün Kamil evinə metro ilə qayıdıb. Evə çatanda isə dostlarının onu gözlədiyini görüb. Belə ki, yaralıları xilas etməyə getməzdən əvvəl onlardan bəziləri üçün səsli mesajlar göndərərək hamı ilə vidalaşıb.

“Həmin gecə səhər beşə qədər yata bilmədim, burnumdan qan axırdı. Ertəsi gün baş ağrısı və ürəkbulanma var idi. Amma sonra hər şey keçdi”, - deyə Kamil olanları xatırlayır.

O, hadisə zamanı keçirdiyi hisslərindən də danışıb:

“Təbii ki, qorxulu idi. Heç kim bilmirdi ki, onlar (terrorçular) gediblər, yoxsa hələ də buradadırlar. Ancaq beş dəqiqə sonra atışma yerinə qayıdan adam buna biganə qalır - ən vacibi insanları xilas etməkdir. Bu qəhrəmanlıq deyil, buna insanlıq deyirlər”.

Qeyd edək ki, “SHOT” “Telegram” kanalı onunla müsahibədən bir parçanı “Crocus”da törədilən terror aktı zamanı Azərbaycan vətəndaşı 100-dən çox insanı xilas etdi” başlığı ilə yerləşdirib. Kanal abunəçilərinin çoxu Kamilin qəhrəmanlığını alqışlasalar da, onların arasında yazı müəlliflərini miqrantların imicini “ağartmaq” cəhdində ittiham edənlər və Kamilə qarşı ksenofobik təhqirlər yazanlar da tapılıb.

Kamil təhqirlərə cavab verməmək qərarına gəlib:

“Mən onlara nəyi sübut etməliyəm? Bu, insanların gündəlik mənfilik dozası lazımdır və mən bunu onlara verməyəcəyəm. “Crocus”da olmayan kreslo şərhçiləri üçün insanları mühakimə etmək çox asandır. Mən heç kimə təhqiramiz cavab vermədim, sadəcə oxudum. Ancaq sonda bir neçə nifrət postunun müəllifi ilə əlaqə saxlamaq qərarına gəldim, onlara hesabımdan şəxsi mesaj göndərdim: “Qulaq asın, bu saxta deyil, mən real insanam, bot deyiləm”.

Onlar “Telegram”da şəkillərimə baxdılar, gördülər ki, feyk profil deyil və üzrxahlıq etdilər.

Qeyd edək ki, Kamil Nəsibov Sumqayıt şəhərində doğulub və məktəbi bitirib. O, üç il əvvəl işləmək üçün Moskvaya yollanıb. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda fəaliyyət göstərən vəkillərin SAYI

Azərbaycanda fəaliyyət göstərən vəkillərin SAYI

Avropa NATO-nun əvəzinə yeni alyans yaradır? – ABŞ olmayacaq

Avropa NATO-nun əvəzinə yeni alyans yaradır? – ABŞ olmayacaq

DİQQƏT! Şiddətli geomaqnit qasırğası olacaq

DİQQƏT! Şiddətli geomaqnit qasırğası olacaq

Onlar da icra məmurunun fəaliyyətini yoxlaya bilər - Qaydalar TƏSDİQLƏNDİ

Onlar da icra məmurunun fəaliyyətini yoxlaya bilər - Qaydalar TƏSDİQLƏNDİ

Suriyada atəşkəsdən sonra kürd terrorçuları yerli əhalini qətlə yetirib? – FOTO/VİDEO

Suriyada atəşkəsdən sonra kürd terrorçuları yerli əhalini qətlə yetirib? – FOTO/VİDEO

PROSES BAŞLADI: 7 azərbaycanlı RUSİYADAN deportasiya edildi

PROSES BAŞLADI: 7 azərbaycanlı RUSİYADAN deportasiya edildi

Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir – FOTO

Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir – FOTO

Qızılın qiyməti 4 675 dolları ötdü

Qızılın qiyməti 4 675 dolları ötdü

Naxçıvanda ƏMƏLİYYAT: İrandan Polşaya gedən yük maşınında yoxlama aparıldı - FOTO

Naxçıvanda ƏMƏLİYYAT: İrandan Polşaya gedən yük maşınında yoxlama aparıldı - FOTO

"Bitcoin"in SON qiyməti

"Bitcoin"in SON qiyməti

Lənkəran–Lerik yolu qardan belə təmizlənir - VİDEO

Lənkəran–Lerik yolu qardan belə təmizlənir - VİDEO

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Bakıda motosikletlə avtomobil toqquşdu: Xəsarət alan var - VİDEO

Bakıda motosikletlə avtomobil toqquşdu: Xəsarət alan var - VİDEO

Qatar relsdən çıxdı - 21 ölü, 100 yaralı var – VİDEO

Qatar relsdən çıxdı - 21 ölü, 100 yaralı var – VİDEO

Həm yeyən, həm də əkən qazanır: Bu meyvə yeni gəlir mənbəyidir

Həm yeyən, həm də əkən qazanır: Bu meyvə yeni gəlir mənbəyidir

Muxax kəndində içməli su PROBLEMİ - 40 illik xətlər niyə YENİLƏNMİR? - FOTO

Muxax kəndində içməli su PROBLEMİ - 40 illik xətlər niyə YENİLƏNMİR? - FOTO

Səfərbərlik Xidmətinin rüşvət alan eks-zabitindən XƏBƏR VAR

Səfərbərlik Xidmətinin rüşvət alan eks-zabitindən XƏBƏR VAR

Nəcməddin Sadıkovun oğlunun biznes ortağı yenidən MƏHKƏMƏ QARŞISINDA

Nəcməddin Sadıkovun oğlunun biznes ortağı yenidən MƏHKƏMƏ QARŞISINDA

“Turan Balabilgə Akademiyası” fəaliyyətə başlayıb – FOTO

“Turan Balabilgə Akademiyası” fəaliyyətə başlayıb – FOTO

"Mayıl Naxçıvanski"ni öldürənlə bağlı qərar çıxarıldı

"Mayıl Naxçıvanski"ni öldürənlə bağlı qərar çıxarıldı

Kiçik dükanı fabrikə çevirdi: İldə 129 milyon qazanan gənc nəhəng şirkətlərə meydan oxuyur

Kiçik dükanı fabrikə çevirdi: İldə 129 milyon qazanan gənc nəhəng şirkətlərə meydan oxuyur

Bakının bu ərazisində su kəsiləcək

Bakının bu ərazisində su kəsiləcək

Bütün ölkələr yox olacaq! - Maskdan xəbərdarlıq

Bütün ölkələr yox olacaq! - Maskdan xəbərdarlıq

Çin əhalisinin sayı AZALDI

Çin əhalisinin sayı AZALDI

End of content

No more pages to load

RADİO