Sankt-Peterburq məhkəməsi şəhər sakini Nikolay Konaşenkonu “Crocus City Hall”a hücumla bağlı şərhlərinə görə həbs edib.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, 41 yaşlı dekorator Rusiya Daxili İşlər Nazirliyinin Ekstremizmlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Sankt-Peterburq polisinin mətbuat xidməti həmin şəxsin yazılarına görə üzr istədiyi videonu yayıb. Bununla belə, o, baş verimiş terror aktına haqq qazandırdığına görə, mayın 25-dək həbs edilib.

Bizim.Media