“Crocus City Hall”da baş verən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyindən ölkənin Səhiyyə Nazirliyinin məlumatlarına əsasən bildrilib.
Qeyd edək ki, martın 22-də axşam saatlarında bir neçə silahlı şəxs Moskva vilayətində yerləşən “Crocus City Hall” konsert zalına daxil olaraq ziyarətçilərə və mərkəzin işçilərinə atəş açıb. Daha sonra konsert zalı yandırılıb.
Terror aktı zamanı 200-ə yaxın insan yaralanıb.
Hadisəni İŞİD terror hadisəsi ilə bağlı məsuliyyəti öz üzərinə götürüb.
Bizim.Media