“Crocus City Hall”da törədilən terror aktından sonra Rusiya İstintaq Komitəsinə terror aktı nəticəsində qohumların və ya yaxınların itkin düşməsinə dair 143 məlumat daxil olub.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Məlumata görə, ölənlərdən 84 nəfərin kimliyi müəyyənləşdirilib, onların arasında beşi 9-16 yaş arası uşaqlardır.
Qeyd edək ki, martın 22-də axşam saatlarında bir neçə silahlı şəxs Moskva vilayətində yerləşən “Crocus City Hall” konsert zalına daxil olaraq ziyarətçilərə və mərkəzin işçilərinə atəş açıb. Daha sonra konsert zalı yandırılıb.
Terror aktı zamanı 140 nəfər ölüb, 200-ə yaxın insan yaralanıb.
Bizim.Media