Böyük Britaniyanın yeni silahlı qüvvələr üzrə dövlət naziri təyin olunub.
Bizim.Media ölkə mətbuatına istinadən xəbər verir ki, bu vəzifəyə Böyük Britaniyanın Avropa məsələləri üzrə dövlət naziri Leo Dokerti təyin olunub.
"Silahlı qüvvələr üzrə dövlət naziri kimi Müdafiə Qərargahına qayıtmaqdan və bu komandaya qoşulmaqdan məmnunam", - deyə Leo Dokerti özünün "X" hesabında yazıb.
Qeyd edək ki, Leo Dokerti yeni postunda Ceyms Heppini əvəz edəcək.
Bizim.Media