Çadda Silahlı cihadçı qrupların fəaliyyət göstərdiyi Çad gölü bölgəsində mina partlayışı olub.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Çad Prezidenti Mahamat İdriss Deby Itno məlumat verib.
“Paytaxtdan təxminən 200 kilometr şimalda yerləşən Çad gölü əyalətinin Çuku Telia kəndində 7 Çad əsgəri öldürülüb, bir neçəsi yaralanıb”, - deyə Prezident özünün feysbuk səhifəsində qeyd edib.
Bildirilib ki, hərbçilər bu əraziyə baxış keçirirmişlər və yaraqlılar tərəfindən yerləşdirilmiş minanın qurbanı olublar.
Bizim.Media