Qırğızıstanın 40 vətəndaşı Moskvanın Şeremetyevo hava limanında ölkəyə buraxılmayıb.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, məsələ ilə bağlı Qırğızıstan səfirliyinin əməkdaşları hava limanına gedərək həmin vətəndaşlarla görüşüblər.
Danışıqların yekunu olaraq, bildirilib ki, həmin şəxslər qida və su ilə təmin olunublar, onlar ən yaxın reyslərlə ölkələrinə aparılacaqlar.
Bizim.Media