ABŞ Suriyanın şərqindəki Deyr əz-Zor əyalətinə aviazərbələr endirib.
Bizim.Media xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Deyr əz-Zor əyalətində bir sıra şəhər, kənd və hərbi obyektlərə hərbi təyyarə və pilotsuz uçuş aparatlarından istifadə edərək hava zərbələri endirilib. Hadisə nəticəsində səkkiz nəfər ölüb, 32 nəfər yaralanıb.
Ölənlərdən yeddisi hərbçi və bir mülki şəxs, yaralıların isə 19-u hərbçi və 13-ü mülki şəxsdir.
Bizim.Media