NATO Şimali Atlantika Alyansı ölkələrinin sərhədlərinə, xüsusən də Ukrayna üzərindən Rusiya raketlərinin vurulması imkanlarını öyrənir.
Bizim.Media xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Anjey Şeina RMF24 radiostansiyasına müsahibısində deyib.
"NATO daxilində müxtəlif konsepsiyalar, o cümlədən Alyans sərhədinə çox yaxın uçan bu cür raketlərin vurulması ideyası təhlil edilir", - deyə Şeina bildirib.
Bununla belə, Ukrayna ərazisi üzərində raketlərin məhv edilməsi vəziyyətində müvafiq qərar “yalnız Kiyev tərəfinin razılığı ilə və onun beynəlxalq nəticələrini nəzərə almaqla” qəbul edilə bilər”, - deyə nazir müavini vurğulayıb.
Bizim.Media