Moskvadakı “Crocus City Hall”da qətliamı həyata keçirən terrorçulardan biri olan Fəriddun Şəmsuddin martın 7-də hadisə yerində olub.
Bizim.Media xəbər verir ki, o, həmin vaxt “Crocus”da işləyən fotoqrafa öz şəklini çəkdirib.
Cinayətkar həbs edildikdən sonra fotoqraf onu tanıyıb. Bu isə o deməkdir ki, silahlılar gələcək əməliyyatın yerinə əvvəlcədən baş çəkiblər. Lakin Şəmsuddinin hansı səbəbdən öz fotosunun çəkilməsinə icazə verdiyi müəmmalıdır.


Bizim.Media