690 uşaq Belqorod vilayətindən çıxarılır.
Bizim.Media xəbər verir ki, bunu bölgənin qubernatoru Vyaçeslav Qladkov bildirib.
“Üç həftə müddətinə Samara vilayətinə 540 uşaq, Həştərxan vilayətinə 150 uşaq göndərilir. Regionda vəziyyət dəyişməsə, onlar dərs ilinin sonuna qədər orada qalacaqlar”, deyə o, əlavə edib.
Xatırladaq ki, bu gecə Belqorod və ətraf ərazilər üzərində 10 PUA vurulub.
Nəticədə 2 nəfər yaralanıb, binalara ziyan dəyib.
Bizim.Media