Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putin videomüraciətində Moskvada baş verən terror aktına görə məsuliyyəti Ukraynanın üzərinə atıb. Ukrayna prezidenti Volodimir Zelenskinin buna cavabı çox gecikməyib. O, çıxışı zamanı Putini sərt tənqid edib.
Bizim.Media xəbər verir ki, bu barədə görüntülər Telegram kanallarında yer alıb.
"Dünən Moskvada baş verənlərə görə Putin və digəriləri bunu sadəcə olaraq başqasının üzərinə atmağa çalışırlar. Onların həmişə eyni üsulları var. Evlər bombalanır, atışmalar, partlayışlar olur. Nəticədə başqaları günahlandırılır. Ukraynaya gəlirlər, şəhərlərimizi yandırırlar, buna görə də Ukraynanı günahlandırmağa çalışırlar...
Dünən bütün bunlar baş verdi, Putin Rusiya vətəndaşları ilə məşğul olmaq, onlara müraciət etmək əvəzinə bir gün susdu, terror aktını Ukraynanın üzərinə atmaq barədə fikirləşdi”, - deyə Ukrayna prezidenti axşam müraciətində bildirib.