Yanvar-fevral aylarında Çinə xarici investisiya axını 2023-cü ilin eyni dövrü ilə müqayisədə 19,9% azalaraq 215,1 milyard yuan (təxminən 30 milyard dollar) təşkil edib.
Bizim.Media xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyi məlumat yayıb.
Sərmayəçilər bütün sektorlarda - texnologiyadan təhsilə qədər mövcud olan yerli tənzimləyicilərin repressiyalarından qorxublar. Elə keçən il amerikalı iş adamları Çinin “investisiya olunmaz” bir ölkəyə çevrildiyini söylədilər.
2023-cü ildə Çinə birbaşa xarici investisiyalar illik müqayisədə 8% azalıb.
Martın 19-da Çin Nazirlər Kabineti xarici sərmayənin azalması ilə mübarizə üçün yeni addımlar atılacağını açıqlayıb. Bunlara bazara çıxışın genişləndirilməsi və bəzi qaydaların yumşaldılması daxildir.
Bizim.Media