Putinə Crocus City Hallda baş verən atışma barədə məlumat verilib
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskvadakı “Crocus City Hall”-da baş verən atışma barədə Rusiya prezidenti Vladimir Putin dərhal məlumatlandırılıb.
"Krokus Siti Holl”da baş verənlərin ilk dəqiqələrində prezidentə atışmaların başladığı barədə məlumat verilib", - deyə Peskov qeyd edib.
“Krokus Siti Holl”da törədilən terror aktı nəticəsində azı 40 nəfər həlak olub, 130-dan çox insan yaralanıb.
Rusiya Qvardiyasının və FSB-nin xüsusi təyinatlıları “Crocus City Hall”-a hücum edir.
Bizim.Media