“Biofire” şirkəti ABŞ-da yalnız avtorizasiya sahibi istifadəçilərin əlində atəş açan “ağıllı” tapançaların satışına başlayacaq.
Bizim.Media "gazeta.ru" saytına istinadən xəbər verir ki, tapançanın qiyməti 1499 ABŞ dolları olacaq.
O, çox xüsusi bir məqsəd üçün nəzərdə tutulub. Evə müdaxilə edən şəxsdən qorunmaq üçün tez əldə edilə bilən, lakin başqa heç kim, xüsusilə də uşaqlar tərəfindən istifadə edilə bilməyən silahdır.
Bizim.Media