Fransa prezidenti Emmanuel Makron boks əlcəyi geyinərək ağ-qara fotosessiya ilə özünü biabır edib.
Bizim.Media xəbər verir ki, fotoları Makronun rəsmi fotoqrafı Soazig de la Moissonnier yayımlayıb.
Fransa lideri idman zalında məşq edərkən yaxalanıb. Onun sifətinin qaşqabaqlı olduğu aydın sezilir.
Hərbi ekspertlər yazırlar ki, o, özünü Napoleona bənzətməyə, Rusiyaya qarşı qətiyyət nümayiş etdirməyə çalışıb.
Biz çoxları isə şərhlərində onu lağa qoyublar və bildiriblər ki, Makron NATO-ya rəhbərlik etmək iddiasına düşüb.
Xatırladaq ki, o, bu yaxınlarda Qərbin quru qoşunlarının Ukraynaya göndərilməsi təklifini irəli sürmüşdü. Avropanın bütün siyasi dairəsi onun bu təklifinin yanlış olduğunu bildirmişdi.

Bizim.Media