BMT Baş Assambleyası süni intellektin tənzimlənməsi və təhlükəsizliyini təmin etmək üçün ABŞ və 100-dən çox ölkənin birgə təşəbbüsü ilə qətnamə qəbul edib.
Bizim.Media ABŞ mediasına istinadla xəbər verir ki, səsvermədə 193 ölkə iştirak edib və yekdilliklə sənədin qəbuluna səs verilib.
Müəlliflər arasında Braziliya, Böyük Britaniya, Almaniya, İsrail, İspaniya, Çin, BƏƏ, Türkiyə, Özbəkistan, Slovakiya, Sloveniya, Estoniya yer alıb.
Bizim.Media