Almaniyanın “Hessen” freqatına məxsus vertolyotu Yəmənin üsyançı “Ənsar Allah” (husilər) hərəkatı tərəfindən buraxılan pilotsuz uçuş aparatını aşkarlayaraq məhv edib.
Bizim.Media Gazeta.ru-ya istinadən xəbər verir ki, pilotsuz təyyarə mülki gəmiyə yaxınlaşan an vurulub.
Xatırladaq ki, fevralın sonunda gəmi yəmənli husilərin ilk hücumunu dəf edərək iki pilotsuz təyyarəni vurub. Lakin, eyni zamanda, freqat səhvən ABŞ pilotsuz təyyarəsinə də atəş açıb.
Bizim.Media