Finlandiya Prezidenti Aleksander Stubb Ukrayna ilə hərbi dəstək haqqında saziş imzalamağa hazırlaşır.
Bizim.Media bu barədə sözügedən ölkənin yerli mediasına istinadən xəbər verir.
Bu sazişin Stubbın Ukraynaya səfəri zamanı Kiyevdə imzalanacağı gözlənilir. Səfərin tarixi haqda məlumat verilməyib.
Sənəd imzalanacağı təqdirdə Finlandiya şirkətləri Kiyevə öz müdafiə sənayesini qurmağa kömək edəcək.
Bizim.Media