“Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski “Ukrayna müdafiə qüvvələrinin əsas ehtiyacları sursat və hava hücumundan müdafiədir”.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski özünün teleqram kanalında yazıb.
O, NATO Hərbi Komitəsinin rəhbəri, admiral Rob Bauerlə görüşdə Ukrayna ordusu üçün sursat və hava hücumundan müdafiə sistemləri istəyib.
Sırski qeyd edib ki, Bauerə cəbhədəki vəziyyət barədə məlumat verib.
Bizim.Media