Çinin bir neçə bankı Rusiya ilə ticarətdə yuanla ödənişləri qəbul etməyi dayandırıb.
Bizim.Media xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti məlumat yayıb.
Qəzet yazır ki, onlar öz müştərilərini bu barədə xəbərdar etdikdən sonra isə yuanla qəbul etdiyi ödənişləri müştərilərə geri qaytarmağa başlayıblar.
Qeyd edək ki, mövcud problem 2024-cü il yanvarın ortalarından yaranıb.
Qəzetə görə, bu cür məhdudiyyətlər ABŞ-ın göstərdiyi təzyiqlərlə əlaqədardır.
Daha bir neçə beynəlxalq əhəmiyyətli bəzi Çin bankları Rusiyadan RMB ilə ödənişləri dayandırıb. Onlar “CitiBank”, “Standard Chartered Bank”, “HSBC”, “JP Morgan”, “BNP Paribas”, “Deutsche Bank” və “Mizuho Bank”ın yerli filiallarıdır.
Bu ilin fevralında isə bildirildi ki, “Bank of China” Rusiya şirkətlərindən rubl və yuanla ödənişləri qəbul etməyə davam edir.
Rövşən Ziya, Bizim.Media