Rusiya Mərkəzi Seçki Komissiyası prezident seçkiləri ilə əlaqədar xaricdə açılmış məntəqələrdə səsvermənin nəticələrini açıqlayıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya MSK-nın sədr müavini Nikolay Bulayev məlumat verib.
Bulayev bildirib ki, xarici ölkələrdəki seçki məntəqələrində seçicilərin üçdə ikisindən çoxu hazırki prezident və namizəd Vladimir Putinə səs verib.
Xaricdə 288 seçki məntəqəsində təşkil olunmuş səsvermədə ümumilikdə 383 553 nəfər iştirak edib.
Bizim.Media