Yunanıstan Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısı qəzaya uğrayıb.
Bizim.Media xəbər verir ki, qırıcı Xalkidiki yarımadasının cənubunda yerləşən Psathura adası yaxınlığında qəzaya uğrayıb.
Hadisə şahidləri qırıcının qəzaya uğradığı yerin yaxınlığında paraşüt görüblər, ona görə də pilotun təyyarəni tərk edə bildiyini güman edirlər.
Hazırda ərazidə pilotun axtarışına başlanılıb.
Bizim.Media