Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi (MTK) sədrinin keçmiş birinci müavini, Nursultan Nazarbayevin qardaşı oğlu Samat Abış məhkəmənin hökmü ilə 8 il şərti azadlıqdan məhrum edilib.
Bizim.Media xəbər verir ki, bu barədə qazax mətbuatı yazıb.
Mənbə məhkəmənin qapalı keçirildiyini qeyd edib.
Xatırladaq ki, yanvarda Qazaxıstan Baş Prokurorluğu 2022-ci ilin yanvar iğtişaşları zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə Abişə qarşı cinayət işinin başa çatdığını elan edib.
Bizim.Media