BMT Fransanın Ukraynaya göndərilmək üçün təxminən 2 min nəfərlik kontingent hazırlaması ilə bağlı məlumatı təsdiq edə bilməyəcəyini bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə BMT baş katibinin nümayəndəsinin müavini Farhan Haq bildirib.
“Bu məlumatı təsdiqləyə bilmirəm. Ona görə də bu barədə konkret şərhim yoxdur. Lakin biz bütün ölkələri gərginliyi azaltmaq üçün mümkün olan hər şeyi etməyə çağırırıq”, - deyə Haq qeyd edib.
Bizim.Media