Rusiyanın "Matç TV" telekanlının tanınmış şərhçisi, idman jurnalisti Vasili Utkin vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, 52 yaşlı şərhçi 1989-cu ildən televiziyada işləməyə başlayıb. 1994-cü ildən “NTV” televiziya şirkətində çalışıb.
O, 2004 və 2005-ci illərdə "Ən yaxşı idman şərhçisi" kateqoriyasında TEFI mükafatını qazanıb.
Bizim.Media