Pakistanda 5,4 bal gücündə zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumatda bildirilib ki, yeraltı təkanların episentri Nuşki şəhərindən (Bəlucistan əyaləti) 68 km şimal-qərbdə, 10 km dərinlikdə yerləşir.
Tələfat və dağıntılar barədə hələ ki məlumat yoxdur.
Bizim.Media