“Telegram” platforması messencerin genişlənməsini dəstəkləmək üçün 330 milyon dollar dəyərində istiqraz buraxıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Telegram”ın təsisçisi Pavel Durov məlumat verib.
O qeyd edib ki, istiqrazlara tələb təklifi üstələyib və istiqrazların şərtləri şirkət üçün əlverişli olub.
Bizim.Media