İsrail ordusu ilə Baş Təhlükəsizlik Xidmətinin (Şin Bet) birgə əməliyyatı zamanı HƏMAS-ın daxili təhlükəsizlik əməliyyatları departamentinin rəhbəri Faak Məbuh Qəzza zolağındakı Əl-Şəfa xəstəxanasında məhv edilib.
Bizim.Media xəbər verir ki, bu barədə İsrail Ordusunun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, İsrail ordusu HƏMAS-ın yüksək rütbəli üzvlərinin xəstəxanada olması ilə bağlı kəşfiyyat məlumatlarını aldıqdan sonra ötən gecə yuxarıda qeyd olunan əməliyyata başlayıb.
Nəticədə təşkilatın silahlıları da daxil olmaqla 60-dan çox adam saxlanılıb.
O, sektorda təşkilatın fəaliyyətinin koordinasiyasına cavabdeh olub.
Bizim.Media