Rusiyanın Perm şəhərində seçki məntəqəsinin binasında partlayış törədilib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Baza” teleqram kanalı yayıb.
Mənbə yazır ki, 63 yaşlı qadın məntəqəyə böyük fişəng gətirərək ayaqyolunda partladıb. İlkin məlumata görə, partlayış nəticəsində onun qolu bədənindən ayrılıb.
Hadisə ilə əladədar binadan 50 nəfər təxliyə edilib.
Bizim.Media