Ukrayna ordusunda kadr dəyişiklikləri davam edir.
Bizim.Media xəbər verir ki, polkovnik Yuri İqnat Ukrayna Hərbi Hava Qüvvələrinin spikeri vəzifəsindən azad edilib.
Bununla bağlı krayna Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Nikolay Oleşçuk özünün “Telegram” kanalında məlumat verib.
“O, Hərbi Hava Qüvvələrinin bir hissəsi olaraq qalacaq və başqa istiqamətdə işləyəcək. Şübhəsiz!", - deyə Oleşçuk İqnata məhsuldar fəaliyyətinə görə təşəkkür edib.
Bizim.Media