Türkiyə xarici işlər naziri Hakan Fidanın pakistanlı həmkarı Məhəmməd İshaq Dar ilə telefon danışığı baş tutub.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, həmkarını yeni vəzifəsi münasibətilə təbrik edən Fidan ikitərəfli münasibətlərdən danışıb.
Tərəflər həmçinin Qəzza başda olmaqla regional məsələləri də müzakirə ediblər.
Bizim.Media