Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, danışıq zamanı Kuleba ABŞ rəsmisindən Kiyevə hava hücumundan müdafiə avadanlığı və artilleriya sursatlarının tədarükü də daxil olmaqla yardımın davam etdirilməsini istəyib.
Diplomatlar həmçinin Ukraynaya Amerika Birləşmiş Ştatlardan kritik ehtiyac duyulan dəstək paketini təsdiqinin gələcək yollarını müzakirə ediblər.
Bizim.Media