Ukraynanın elə kəndləri var ki, orada artıq kişilər qalmayıb.
Bizim.Media xəbər verir ki, bu barədə The Washington Post məlumat yayıb.
Bildirilib ki, söhbət Xmelnitski rayonunun Makov kəndindən gedir.
Nəşrin yazdığına görə, kişilərin bir hissəsi səfərbər edilib, qalanları hərbi xidmətdən yayınmaq üçün xarici ölkələrə qaçıblar. Bir neçə şəxs isə müharibədən yayınmağın yollarını tapıblar (ya haqlı səbəblərdən, ya da gizlənərək).
Bizim.Media